2020-ci ildə “AzerGold” icrası nəzərdə tutulmuş layihələr portfelini geniş təhlil edib, ölkədə iqtisadi fəallığın qorunmasına və təşviqinə töhfələrin verilməsi məqsədilə Əlavə Tədbirlər Proqramı hazırlayıb.
Eləcə də bax: "AZERGOLD" QSC-də ötən ilin hesabatı - BİRBAŞA - VİDEO
FED.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
"Əlavə Tədbirlər Proqramının icrası ilə regionlarda məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb, podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər təşkil etmiş, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Proqramın icrası üçün tələb edilən vəsait dövlət büdcəsindən ayırmalar hesabına deyil, Cəmiyyətin "Bakı Fond Birjası" QSC-də yerldəşdirdiyi istiqrazlarıhesabına təmin edilib. İki tranş üzrə baş tutmuş və 20 milyon ABŞ dolları təşkil edən istiqraz emissiyasında tələb təklifi orta hesabla 2 dəfədən çox üstələyib, Cəmiyyət üçün illik faiz xərci 4%-dən 3,36%-ə düşüb", - deyə o, qeyd edib. (Report)