Azərbaycanda süni brilyant istehsal olunacaq.
Yatırım etmək üçün hansı brilyantı almaq lazımdır? – EKSPERT AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Sədr bildirib ki, laborator şəraitdə süni brilyantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantların istifadəsi və tətbiqi sürətlə artır.
Suni birilyant istehsal edən Hindistan şirkətləridir. Keçən il payızında Hindistan şirkəti ilə anlaşma memorandumu imzalanıb. Ələt Azad Zonasında suni birilyant istehsalı istiqamətində zavod qurulacaq. Suni birilyant istehsalını Azərbaycana da gətirəcəklər.
"Müqavilənin şərtləri bizə uyğundur. Süni brilyantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilyant xammalı təbii brilyantdan götürülür. Əgər daxili bazarda satış olmasa şirkət istehsal olunmuş məhsullarının alışına hazırdır" - deyə Zakir İbrahimov əlavə edib.