Brent markalı neftin qiyməti yenidən qalxıb.
FED.az xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının azalacağı proqnozundan sonra neftin avqust fyuçerslərinin qiyməti bir barrelə görə 62,51 dollar olub.
WTI markalı neft Nyu-York birjasında 0,3 dollar bahalaşaraq bir barrelə görə 53,56 dollar olub.