Mingəçevir Sənaye Parkında 2026-cı ilin birinci rübündə istehsal 77 faizdən, ixrac isə 78 faizdən çox artıb.
Azərbaycanda sənaye istehsalı cüzi artıb
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında 2026-cı ilin birinci rübündə 19,3 milyon manatlıq məhsul istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 77 faizdən çoxdur. Sənaye Parkında ötən ilin birinci rübündə 7,4 milyon manatlıq məhsul ixracı həyata keçirilmişdisə, bu ilin müvafiq dövründə bu göstərici 78 faizdən çox artaraq 13,2 milyon manata çatıb.
Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.
Qeyd edək ki, Mingəçevir Sənaye Parkı dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılmışdır. Sənaye Parkı tekstil sənayesi üzrə ixtisaslaşmışdır və pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr burada cəmləşmişdir.













