Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 21 milyard 120,4 milyon manatlıq sənaye məhsulları istehsal edilib.
Pambığın ucuzlaşmasından şikayətlənən “P-AQRO” MMC-nin ixrac gəlirləri – 25% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənaye məhsulları istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 0,3% artıb. Qeyri neft-qaz sənayesində məhsul istehsalı 7,2% artaraq 7 milyard 92,2 milyon manata çatıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə sənaye məhsullarının istehsalında 0,2%, qeyri neft-qaz sənayesində məhsul istehsalında 7,2% artım olmuşdu













