İtaliyanın təkər emalı və alternativ enerji istehsalı ilə məşğul olan "BriOil" şirkəti Balaxanı Sənaye Parkında fəaliyyətə başlamağa hazırlaşır.
FED.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə şirkət layihələndirmə işləri aparıb: "İtaliya şirkətinə məxsus müəssisənin tikintisi 3-4 aya başa çatdırılacaq və obyekt işə düşəcək. Onun illik gücü 7 min ton olacaq. Azərbaycanda avtomobil şinlərinin emalı problem idi, ona görə də bu şirkəti ölkəyə cəlb etmişik. İstehsal edilən məhsullar Azərbaycandan ixrac olunacaq".
Xatırladaq ki, Balaxanı Sənaye Parkının təməlini 9 dekabr 2012-ci ildə ölkə prezidenti qoyub. Parkada 17 rezidenti var. Onların 19 fəaliyyət sahəsi qeydiyyatdan keçib.