Almaniyanın şin və avtomobil hissələri istehsalçısı olan «Continental» şirkəti bütün dünyadakı zavodlarında 5500 nəfəri ixtisar etməyə hazırlaşır.
«Levi's», «Zara», «Gap» və «H&M» fabriklərində işçilər – AYDA 72 DOLLAR MAAŞ ALIRMIŞLAR
FED.az xəbər verir ki, Almaniyanın «Manager Magazin» iqtisadi jurnalının məlumatına görə, ixtisarlar ilk növbədə idarəetmə sahələrini əhatə edəcək, inkişaf və istehsal sahələrinə isə təsir etməyəcək.
«Continental»ın rəhbərliyi bu tədbirlər sayəsində ildə 400 milyon dollara qənaət etməyi planlaşdırır.
Təkcə Almaniyada şirkətin 30 müəssisəsində ümumilikdə min nəfər ixtisar ediləcək.
Qeyd edək ki, ümumilikdə bütün dünyada «Continental»ın avtomobil hissələri zavodunda təqribən 100 min nəfər çalışır.