Banqladeşdə tikiş sənayesinin işçiləri maaşlarının artırılması üçün etirazlara başlayıblar.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox brendlərin geyim istehsal müəssisələrinin yerləşdiyi Banqladeş hökuməti tikiş işçilərinin kütləvi etirazları fonunda onların minimum əmək haqqını 56% artırmaq qərarına gəlib.
Bu barədə respublikanın əmək və məşğulluq naziri Monnujan Sufian məlumat verib.
Hökumətin açıqlamasına görə, etirazlardan sonra tikiş sənayesində çalışan milyonlarla işçi indiyə qədər olduğu kimi ayda 72 dollar deyil, 113 dollar qazanacaq. "Biz bu maaşları baş nazirin şifahi göstərişi ilə elan edirik" deyən nazir etiraz edən işçiləri bu maaşla razılaşmağa çağırıb və əlavə edib ki, «tikiş sənayesi çöksə, ilk zərər çəkən işçilər olacaq".
Amma işçilərin həmkarlar ittifaqları bu qərarı tənqid edib və etiraz aksiyalarını davam etdirirlər.
11 həmkarlar ittifaqı assosiasiyasının rəhbəri Taslima Akhter mətbuata açıqlamasında bilirib ki, "Onlar işçilərə insan kimi baxmırlar. Əgər belə bir təklif irəli sürməzdilər".
Qeyd edək ki, dünyanın məşhur geyim markalarının fabrikləri yerləşən Banqladeşdə işçilərin etirazları oktyabrın 22-dən başlayıb.
Həmin gün tikiş fabrikinin sahibləri işçilərin minimum əmək haqqının 94 dollara qaldırılmasını təklif etdikdə Banqladeş şəhərlərinin küçələrində maaşın 227 dollara qədər artırılması tələbi ilə kütləvi etiraz aksiyaları başladı.
Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edib, nəticədə etirazçılardan 2 nəfər həlak olub. Tətil nəticəsində 500-ə yaxın fabrik də bağlanıb.
Qeyd edək ki, tikiş sənayesi Banqladeş iqtisadiyyatının əsasını təşkil edir.
Bu ölkənin 55 milyard dollarlıq illik ixracının 80%-dən çoxunu, yəni 47 milyard dolarını məhz tikiş məhsulları təşkil edir. Buradakı «Levi's», «Zara», «Gap», «H&M» kimi məşhur brendlərin fabriklərində minlərlə insan çalışır.
Bir qədər əvvəl Banqladeşdə fabriki olan 15 məşhur brend hökumətə müraciət edərək bildirmişdilər ki, onlar «məsuliyyətli alışlar praktikasına» başlayırlar. Bu o deməkdir ki, şirkətlər aldıqları məhsulların istehsalında işçilərin hüquqlarının pozulmasına qarşı olacaqlar. Şirkətlər bunu deyərək hökuməti ölkədə minimum əmək haqqı müəyyən edərkən inflyasiyanı nəzərə almağa çatırmışdı.