“Bakı-Əyirici-Toxucu” ASC 2021-ci ildə 29 min 444 manat mənfəət edib. Ötən ilin eyni dövründə “Bakı-Əyirici-Toxucu”nun mənfəəti 436 min 605 manat idi ki, bu da illik müqayisədə 15 dəfə azalıb.
Eləcə də bax: Azərbaycanda daş yunu zavodu - AÇILACAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.
Ötən il “Bakı-Əyirici-Toxucu”nun gəlirləri 6 milyon manat (əvvəlki ilə nisbətən 9.2% az), xərcləri 5 milyon 885 min manat (əvvəlki ilə nisbətən 2.1% az) təşkil edir.
Bu ilin yanvar ayının 1-nə şirkətin aktivləri 2 miklyon 784 min manat olub ki, ötən ilin sonuna nisbətən 8% çoxdur. Hesabat dövründə “Bakı-Əyirici-Toxucu”nun kapitalı 10% azalaraq 1 milyon 488 min manat olub.