2020-ci ildə “AzerGold” QSC 109,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: «AzerGold» ötən il ölkə iqtisadiyyatına - 186 MİLYON MANAT GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2019-cu illə müqayisədə 24,7 mln ABŞ dolları və yaxud 29,1 % çoxdur.
“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. (Report)