2020-ci ildə "AzerGold" QSC tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib.
Eləcə də bax: "AZERGOLD" QSC-də ötən ilin hesabatı - BİRBAŞA - VİDEO
FED.az xəbər veri ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Sədr qeyd edib ki, 2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirilib.
"Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə, 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılıb, əldə edilən vəsait 84% artıb",- Zakir İbrahimov deyib.
Qeyd edək ki, “AzerGold" QSC-nin yeni layihəsi "AzerGold Gift" hədiyyəlik qızıl almaq istəyənlər üçün xüsusi dizaynlı qızıl sikkələr və külçələr təklif edir. Üzərinə işlənmiş milli ornamentli qızıl və gümüş sikkələr keçmişlə gələcəyin vəhdəti olmaqla onlara verilən dəyəri ifadə edir. Öz yaxınlarınıza günü-gündən dəyər qazanan qızıl hədiyyə edə bilərsiniz. (Marja)