Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Eləcə də vax: Necə oldu ki, Azərbaycanda yoluxma kəskin azaldı? – RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.
Bununla yanaşı, qeyd edək ki, yanvarın 1-i üçün yoluxmanın kəskin azalmasının səbəbi həm də test sayının az olmasıdır.
Belə ki, dünən, dekabrın 31-də 10 219 test keçirilmiş və 1064 xəstə aşkar edilmişdi (pozitivlik əmsalı 9,6%).
Bu gün isə ümumilikdə 4 473 test verilib və 341 xəstə aşkar edilib (pozitivlik əmsalı 7,6%).