Xəbər verildiyi kimi, dekabrın 21-də Azərbaycanda koronavirusa sutkalıq yoluxanların sayı kəskin azalaraq 1500 nəfərə düşüb.
Eləcə də bax: Virusa yoluxanların sayı - Ən Aşağı Həddə Düşdü - RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu əvvəlki günlərdən 2-2,5 dəfə azdır. Baxmayaraq ki, ölüm sayı yenə də yüksək olaraq qalır.
İndi məlum olur ki, yoluxanların sayının azalması ilk növbədə testlərin sayının azalması ilə bağlıdır.
Belə ki, dekabrın 18-20-si arasında ölkədə sutkada 15-16 min test götürüldüyü halda dekabrın 21-i 9,4 min ədəd olub. Həm bu amil, həm də testlərlə aşkar edilən xəstələrin faiz göstəricisinin aşağı (16% olub) düşməsi yoluxmanı azaldıb.
Ümumilikdə isə ölkədə virusa yoluxma faizi (götürülən test sayına münasibətdə) indiyədək 23-25% arasında dəyişib.
Ən yuxarı yoluxma faizi dekabrın 13-15-də qeydə alınıb – dekabrın 13-də götürülən 15 min testdən 4,4 mini, dekabrın 14-də isə 10 min testdən 3,1 mini müsbət çıxıb.
Dekabır ayında götürülən test sayı və yoluxmalar aşağıdakı kimidir.
Dekabrın 21-də test sayı 9 383, yoluxma sayı 1 505 – 16%
Dekabrın 20-də test sayı 14 515, yoluxma sayı 2 961 – 20%
Dekabrın 19-da test sayı 17 931, yoluxma sayı 3 705 – 21%
Dekabrın 18-da test sayı 15 305, yoluxma sayı 3 962 – 26%
Dekabrın 17-da test sayı 17 426, yoluxma sayı 4 124 – 24%
Dekabrın 16-da test sayı 17 998, yoluxma sayı 4 077 – 23%
Dekabrın 15-da test sayı 17 231, yoluxma sayı 4 273 – 25%
Dekabrın 14-da test sayı 10045, yoluxma sayı 3 112 – 31%
Dekabrın 13-da test sayı 15 059, yoluxma sayı 4 451 – 30%
Dekabrın 12-da test sayı 19 378, yoluxma sayı 4 268 – 22%
Dekabrın 11-da test sayı 16 282, yoluxma sayı 4 381 – 27%
Dekabrın 10-da test sayı 18 006, yoluxma sayı 4 219 – 23%
Dekabrın 9-da test sayı 19 066, yoluxma sayı 4 403 – 23%
Dekabrın 8-da test sayı 18 321, yoluxma sayı 4 387 – 24%
Dekabrın 7-da test sayı 10 190, yoluxma sayı 3 086 – 30%
Dekabrın 6-da test sayı 19 197, yoluxma sayı 4 356 – 23%
Dekabrın 5-da test sayı 20 778, yoluxma sayı 4 323 – 21%
Dekabrın 4-da test sayı 15 808, yoluxma sayı 4 267 – 27%
Dekabrın 3-da test sayı 17 609, yoluxma sayı 4 189 – 24%
Dekabrın 2-da test sayı 17 411, yoluxma sayı 3 942 – 24%
Dekabrın 1-da test sayı 17 621, yoluxma sayı 4 426 – 25%