Rusiyada koronavirusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi üçün sürətli test sistemləri hazırlanıb.
FED.az xəbər verir ki, bunu Rusiyanın Federal Tibb-Biologiya Agentliyinin rəhbəri Veronika Skvortsova deyib.
Eləcə də bax: Xaricə gedən Azərbaycan vətəndaşlarının hansı halda PCR testi verəcəyi - Açıqlanıb
Onun sözlərinə görə, virusun "delta" və "delta plyus" kimi potensial təhlükəli variantlarının müəyyənləşdirilməsi üçün testlərin yaradılması çox vacibdir və artıq "yota", "lyambda" variantları üçün sistemlər hazırlanıb.
Agentlik rəhbəri bildirib ki, yeni yaradılan test sistemləri koronavirusun müxtəlif variantlarını 20 dəqiqə ərzində müəyyənləşdirmək gücündədir. (Trend)