Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır.
Eləcə də bax: Koronavirus vaksininin ixtiraçısına - 1 MİLYON DOLLAR VERİLƏCƏK
FED.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Bildirilib ki, vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.
Məlumata görə, koronavirusa qarşı vaksinin hazırlanması 2021-ci ilədək çəkə bilər.
Report