Martın16-da Bakıda Hindistan-Azərbayan əczaçılıq üzrə biznes görüşü başlayıb.
Dərman şirkətləri, apteklər, həkimlər qazanır - XƏSTƏLƏR İSƏ İTİRİR
FED.az xəbər verir ki, tədbirdə Hindistanın 43 əczaçılıq şirkətinin 54 nümayəndəsi, eləcə də Aərbaycnın əczaçılıq şirkətləri və tənzimləmə qurumlarının nümayəndələri iştirak edir.
Şirkətlər tibbi xidmətlər, əczaçılıq, tibbi turizm, sağlam qidalar və qida əlavələri, və digər sahələr üzrə məhsul və xidmətlərini təklif edirlər.
Tədbirdə Azərbaycan şirkətləri ilə yanaşı, rəsmi qurumların nümayəndələri, o cümlədən AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı işirak edib. Bundan başqa, Azərbaycan tərəfini «Makromed» şirkətinin direktoru Anar Lətifov də təmsil edir.
Tədbirdə «Pharmexil» şirkətinin direktoru Lakşmi Prasanna bildirib ki, Hindistan dünyanın əczaçılıq mərkəzi sayılır. Ölkə əlverişli qiymətə keyfiyyətli dərmanlar təklif edir: «Biz dünya qeyri hökumət təşilatlarının retrovirus və vərəm əleyhinə dərmanları təklif edən dünyanın ən böyük təchizatçısıyıq». Hazırda Hindistan 200-dən artıq ölkəyə dərman ixrac edir. O cümlədən dünya peyvənd bazarında 65-70% pay ilə ən böyük istehsalçıdır.
Onun sözlərinə görə, Hindistan təkcə inkişaf etməkdə olan ölkələr deyil. inkişaf etmiş ölkələrə də dərman ixrac edir. Belə ki, Hindistanın dərman ixracının 50%-i Şimali Amerika və Avropanın payına düşür: «ABŞ Hindistan dərmanlarının ən böyük alıcısıdır. Buna sərt tənzimləyici normaların və keyfiyyətli istehsalın sayəsində nail olunub».
Başa çatan 2022-ci ildə Hindistanın dərman ixracının 30%-i ABŞ bazarına edilib.
MDB də Hindistanın dərman ixracı üçün potensial bazarardan biridir İstehsalçılar bu bazara xüsusilə də Azərbaycan bazarına daxil olmağa çalışırlar.