Sərtləşdirilmiş xüsusi karantin müddəti dövründə dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşlarının fəaliyyətinə icazə veriləcək.
Eləcə də bax: Sərt karantin rejimində yalnız bu sahələr fəaliyyət göstərəcək - Siyahı
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşlarının hərəkətinə yol veriləcək.