Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatları və Aparat işçiləri koronavirus testindən keçiblər.
Eləcə də bax: Fərəh Əliyeva - KORONAVİRUSA YOLUXDU
FED.az xəbər verir ki, deputatlardan bir neçəsinin analiz nəticələri pozitiv çıxıb. Nəticələri pozitiv çıxan deputatlar bu barədə məlumatlandırılıb. Hələ ki, onların kim olması barədə ictimaiyyətə açıqlama verilmir.
Hazırda 121 deputatının hər birinin nəticələri bəlli olduqdan sonra, Milli Məclisin Mətbuat Xidməti tərəfindən ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, deputat Sahib Alıyev şənbə günü koronavirusa yoluxduğunu açıqlamışdı. (Qafqazinfo)