"Nə qədər çox test edilsə xəstəlik vaxtında aşkar edilə bilər. Hazırda Azərbaycanda 18 laboratoriya mövcuddur. Halbuki bu say 2 idi".
Eləcə də bax: "Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir”
FED.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.
O bildirib ki, bu sistem mütəmadi şəkildə monitorinq olunur.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə əlavə edib ki, ölkədə istifadə olunan testlər Almaniya və Avropa istehsalıdır: "Çox test edirik, amma az xəstə aşkarlanır. Bu da sevindiricidir. Test etmək imkanlarımız çox genişlənib".
Report