Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib.
Naxçıvanda "Alov dönər" dönərxanası da bağlandı - FOTOLAR
FED.az xəbər verir ki, baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.