Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov oktyabrın 6-da, saat 10:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-353-48-66) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.