2025-ci il üzrə işğaldan azad edilmiş ərazilərdə ictimai iaşə dövriyyəsinin illik müqayisəli göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, statistikaya əsasən, ən yüksək artım Füzuli rayonunda qeydə alınıb; burada iaşə dövriyyəsi 34 min manatdan 173 min manata yüksələrək 139 min manat, yəni 5,1 dəfə artıb.
Xankəndi şəhərində isə göstərici 260 min manatdan 1 milyon 271 min manata çataraq 1 milyon 10 min manat, başqa sözlə 4,9 dəfə yüksəlib. Kəlbəcər rayonunda iaşə dövriyyəsi 166 min manat təşkil edərək 100 faizlik artım nümayiş etdirib.
Digər bölgələr üzrə artım dinamikası aşağıdakı kimidir:
Ağdam rayonunda iaşə dövriyyəsi 59 min manatdan 66 min manata çataraq 7 min manatlıq, yəni 10,9 faizlik artım nümayiş etdirib.
Şuşa rayonunda 498 min manatlıq və ya 7,6 faizlik artımla dövriyyə 6 milyon 553 min manatdan 7 milyon 51 min manata yüksəlib.
Siyahıda yalnız Laçın rayonunda geriləmə müşahidə olunub; burada iaşə dövriyyəsi 3 milyon 562 min manatdan 725 min manata enərək 2 milyon 837 min manat, yəni 4,9 dəfə azalıb.











