Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir.
İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub.
Mil-Muğan iqtisadi rayonu 360 milyon 518 min manat (19,47%) göstərici ilə üçüncü sıradadır.
Dördüncü sırada Şirvan-Salyan iqtisadi rayonu yer alıb – burada kredit portfeli 465 milyon 552 min manat (19,79%) təşkil edib.
Beşinci pillədə Naxçıvan iqtisadi rayonu (15,47%) qərarlaşıb. Region üzrə kredit qoyuluşu 494 milyon 216 min manat olub.
Altıncı yerdə Quba-Xaçmaz iqtisadi rayonu gəlir – kredit portfelinin həcmi 521 milyon 629 min manat (18,06%) təşkil edib.
Yeddinci sırada isə Qarabağ iqtisadi rayonu (19,83%) yer alıb. Burada kredit qoyuluşunun ümumi həcmi 526 milyon 43 min manat olub.











