Faiz və qeyri-faiz xərclərinin artımı fonunda mənfəətlikdə azalma müşahidə olunsa da, bank sektorun mənfəətliyi yüksək olaraq qalmaqdadır.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 mln. manat) azalaraq 577 mln. manat təşkil edib. Sektorun mənfəətliliyinin azalması fonunda ROA göstəricisi 0.4 f.b. azalaraq 2.1% olub.
2025-ci ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib. Belə ki, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 mln. manat olub. Sektorun ROA göstəricisi 2.1% təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətdə 2025-ci ilin I yarımilində sektorun faiz və qeyri-faiz xərclərinin orta aktivlərə nisbətinin artması fonunda sektorun ROA göstəricisi 0.4 f.b azalaraq 2.1% təşkil edib.
Sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 21% (411 mln. manat) və 13% (101 mln. manat) artdığı halda, faiz və qeyr-faiz xərcləri isə müvafiq olaraq 55% (302 mln. manat) və 16% (203 mln. manat) artıb.
Son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin bir qədər artırılması, habelə, əməliyyat xərclərinin artması fonunda bank sektorunun faiz və qeyri-faiz xərcləri artıb.