2024-cü ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmində 6.2% (584 mln. manat) artım qeydə alınıb.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Bununla yanaşı ümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17.7%-dən 17.5%-ə dəyişib. ABŞ dövlət qiymətli kağızlarına investisiyalar üzrə artım 1.13 mlrd. manat (80.6% artım) olub.
2025-ci il ərzində MN tərəfindən kütləvi emissiyalarda azalma fonunda son 6 ay ərzində MN-in qiymətli kağızlarına investisiyalar 347 mln. manat (7.8%) azalıb.