Bakının ayrıı=rayonlarında orta aylıq əmək haqqının məbləğləri məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən 2025-ci il aprelin 1-ə olan vəziyyətə, maaşlar üzrə renkinqi təqdim edir.
Reytinqin lideri, yəni Bakıda ən çox maaş verilən rayon Pirallahı rayonudur. Burada orta aylıq əmək haqqı 2 421 manat təşkil edir ki, bu da Bakı üzrə orta göstəricidən təxminən 78% yüksəkdir.
İkinci yerdə paytaxtın işgüzar və inzibati mərkəzi olan Səbail rayonu qərarlaşıb. 2 187 manatlıq orta əmək haqqı ilə Səbail rayonu da şəhər ortalamasını xeyli üstələyir. Burada iri bankların, beynəlxalq təşkilatların, dövlət qurumlarının və böyük şirkətlərin baş ofislərinin cəmləşməsi yüksək ixtisaslı və yüksək ödənişli kadrların sayına birbaşa təsir edir.
Liderlər qrupunu Xəzər rayonu (1 690 manat) və ona çox yaxın olan Qaradağ rayonu (1 656 manat) tamamlayır. Hər iki rayon sənaye və nəqliyyat potensialı ilə seçilir ki, bu da orta əmək haqqı səviyyəsinin yüksək olmasına zəmin yaradır.
S/n |
Bakı şəhəri |
1 357 |
1 |
Pirallahı rayonu |
2 421 |
2 |
Səbail rayonu |
2 187 |
3 |
Xəzər rayonu |
1 690 |
4 |
Qaradağ rayonu |
1 656 |
5 |
Nəsimi rayonu |
1 324 |
6 |
Nizami rayonu |
1 278 |
7 |
Xətai rayonu |
1 264 |
8 |
Yasamal rayonu |
1 202 |
9 |
Nərimanov rayonu |
1 142 |
10 |
Sabunçu rayonu |
1 017 |
11 |
Binəqədi rayonu |
937 |
12 |
Suraxanı rayonu |
931 |