Prezident İlham Əliyev “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Yeni məktəb tikiləcək – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrıldı

19:17
29 Okt 2018