AZ İnşaat Holding
MEP mühəndisi (mexanika)
Son tarix 16 dek 2026 - [email protected]
Az İnşaat şirkəti MEP mühəndisi (mexanika) vəzifəsi üzrə təcrübəli mütəxəssis axtarır.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Havalandırma sistemləri üzrə praktiki təcrübə;
- Tüstüsovurma sistemlərinin layihələndirilməsi və icrası üzrə bilik və təcrübə;
- Sulu yanğınsöndürmə sistemləri üzrə iş təcrübəsi;
- Texniki layihələri oxumaq və təhlil etmək bacarığı;
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Əmək şəraiti:
- Əmək haqqı: 1500 AZN-dən başlayaraq (təcrübə və bilik səviyyəsinə uyğun);
- İş qrafiki və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














