Prezident İlham Əliyev 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlər üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
FED.az xəbər verir ki, vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb. Sərəncamdan irəli gələn məsələləri isə Prezidentin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi həll edəcək.













