Maliyyə Nazirliyinin tabeliyində “Bakı Konqres Mərkəzi” MMC (VÖEN: 1503898981) tender elan edib.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində xidməti minik avtomobilinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 172,5 min manatdır.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Anar Həbibov / Direktor müavini / [email protected] / +994 50 206 00 62
Avtomobilin əsas texniki göstəriciləri və ölçüləri:
1.Kuzov növü sedan olmalıdır.
Avtomobilin qabarit ölçüləri (uzunluq, en və hündürlük) minimum 4800 mm × 1800 mm × 1400 mm təşkil etməlidir.
Yanacaq və ya mühərrik növü benzin və ya hibrid olmalıdır.
Mühərrikin həcmi turbo mühərriklər üçün minimum 1900 sm³ (və ya 2.0 litr), atmosfer mühərriklər üçün isə minimum 1900 sm³ olmalıdır.
Mühərrikin gücü ən azı 185 at gücü təşkil etməli, 0–100 km/saat sürətlənmə vaxtı isə maksimum 9.0 saniyə olmalıdır.
Qarışıq rejimdə yanacaq sərfiyyatı 100 km məsafə üçün maksimum 9.5 litrdən çox olmamalıdır. Avtomobil 2026-cı il istehsalı (və ya yeni, yürüşsüz) və qara metallik rəngdə olmalıdır.
2.Şassi, Əyləc və Xarici Təchizat Avtomobil istehsalçı tərəfindən optimallaşdırılmış komfort və ya dinamik asqı sistemi, yüksək effektivlikli diskli əyləc sistemi və ən azı 18 düymlük yüngülyığım disklərlə təchiz olunmalıdır.
Kuzovun eksteryerində parlaq qara, xrom və ya kuzov rəngində dekorativ daxilolmalar və aerodinamik elementlər mövcud olmalıdır.
Avtomobildə elektrik tənzimlənən şüşə lyuk və ya panoramik şüşə lyuk, zavod istehsalı olan, mobil tətbiq vasitəsilə işləyən və ya rəsmi diler tərəfindən quraşdırılmış sertifikatlı mühərrikin uzaqdan işə salınması funksiyası, uzaq işığa avtomatik nəzarət funksiyalı adaptiv LED ön fənərlər, həmçinin şin təzyiqinə nəzarət sistemi və şin təmir dəsti (və ya ehtiyat təkər) nəzərdə tutulmalıdır.
3.İnteryer və Komfort Təchizatı Salonun üzlüyü qara rəngdə perforasiya edilmiş dəri, təbii/süni dəri və ya yüksək keyfiyyətli ekvivalent materialdan hazırlanmalıdır.
Avtomobil komfort və ya erqonomik ön oturacaqlarla, elektrik tənzimlənən və yaddaş paketi ilə təchiz olunmuş ön oturacaqlarla, eləcə də oturacağın bel dəstəyi (lumbar support) funksiyası ilə təmin edilməlidir.
Ön oturacaqların qızdırılması funksiyası mütləqdir (arxa oturacaqların qızdırılması isə üstünlük hesab olunur).
Avtomobildə ən azı 2-zonalı (və ya 3-zonalı) avtomatik klimat-kontrol sistemi, karbon, alüminium, ağac və ya digər premial ekvivalent materiallardan hazırlanmış interyerin dekorativ işləmələri, istehsalçı standartlarına uyğun təmiz parça örtüklü (açıq və ya tünd rəngli) daxili tavan üzlüyü olmalıdır.
Bundan əlavə, salon çoxfunksiyalı dəri sükan, çoxrəngli daxili işıqlandırma, arxa və ya yan pərdələr (elektrik və ya mexaniki) və ya zavod istehsalı tündləşdirilmiş arxa şüşələr, velur döşəmə örtükləri (xalçalar) və arxa sərnişinlər üçün USB enerji doldurma portları ilə təchiz edilməlidir.
4.Elektronika, İdarəetmə və Audiosistem Avtomobil ən azı 8 dinamikli yüksək keyfiyyətli səs sistemi, rəqəmsal cihazlar paneli və mərkəzi multimedia displeyi, çoxfunksiyalı idarəetmə interfeysi və naqilsiz smartfon doldurma paneli ilə təchiz olunmalıdır. Eyni zamanda, smartfon inteqrasiyası (Apple CarPlay / Android Auto dəstəyi və ya ekvivalenti) və avtomobilin vəziyyətinə nəzarət və multimedia idarəetmə funksiyaları təmin edilməlidir.
5.Sürücü Yardımçı və Təhlükəsizlik Sistemləri Avtomobildə avtomatik idarə olunan (sensorlu və ya elektrikli) baqaj bölməsinin qapağı, açarsız daxilolma və işəsalma sistemi, elektrik ötürücülü, qatlanan və qızdırılan bayır güzgülər olmalıdır. Sürücü köməkçisi sistemlərinə zolaqda saxlama, kor zonaya nəzarət, qəza xəbərdarlığı və avtomatik tormozlama sistemləri (və ya onların funksional ekvivalentləri) daxil olmalıdır.
Parketmə köməkçisi sistemi kimi arxa görüntü kamerası, ön və arxa parklanma sensorları tələb olunur (360 dərəcə kamera görüntüsü və ya avtomatik parketmə sistemi üstünlükdür).
Həmçinin avtomobil təhlükəsizlik üçbucağı və tibbi aptek dəsti ilə komplektləşdirilməlidir.














