Karvan - L
Korporativ satış üzrə mütəxəssis
Son tarix 16 dek 2026 - [email protected]
Karvan L MMC şirkəti korporativ müştərilərlə işin qurulması, yeni müştərilərin cəlb edilməsi və satış həcminin artırılması məqsədilə təcrübəli mütəxəssis axtarır.
Əsas vəzifələr
- Yerli və xarici bazarlarda potensial müştərilərin müəyyən edilməsi;
- Yeni korporativ müştərilərin cəlb edilməsi;
- Şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması;
- Satış danışıqlarının aparılması;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
- Müqavilələrin bağlanması prosesinin idarə edilməsi.
Namizədə tələblər
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
- Marketinq, PR və ya korporativ satış sahəsində minimum 5 il iş təcrübəsi;
- B2B satış və işgüzar danışıqlar aparmaq bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü olmaq.
İş şəraiti
- İşəgötürən: Karvan L MMC
- İş ünvanı: Bakı şəhəri, 8 Noyabr prospekti, 22/32
- İş rejimi: 6 günlük iş həftəsi
- Əməkhaqqı: 1200 AZN-dən başlayaraq
- Rəsmiləşmə: Əmək müqaviləsi əsasında
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Korporativ satış mütəxəssis” qeyd olunması xahiş olunur.














