Dövlət Sosial Müdafiə Fondu PHŞ (VÖEN: 1300050781) tender elan edib.
AYNA “Aztelekom”a 60 min manat ödədi – DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində DSMF tərəfindən 2027-ci ildə icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 30 milyon 182 min 257 manatdır.
Qeyd edək ki, dövlət qurumu bu ödənişlərin həyata keçirilməsi üçün «Kapital Bank»la 24 milyon 560 min 168 manatlıq, «ABB» Bank ilə 22 milyon 981 min 530 manatlıq müqavilə imzalayıb. Bundan başqa, 2026-cı ildə «Kapital Bank»la 28 milyon 15 min 690 manatlıq, «ABB» Bank ilə 23 milyon 573 min 4 manatlıq müqavilə imzalanıb.
Tenderdə iştirak haqqı 4 min 527 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Zahir Əliyev / Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri / [email protected] / +994 50 688 00 84














