“GƏNCƏ ŞƏRAB-1” ASC-nin (VÖEN: 2300373041) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda şirkət və sahibkarlar vergiləri ödəyə bilmir - büdcəyə 4,2 milyard manat borc yaranıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi.
2. Cəmiyyətin firma adında dəyişiklik edilməsi.
3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi.
4. Cəmiyyətin artan Vergi, DSMF və s. borclarının ödənilməsi üçün çıxış yollarının müzakirə olunması.
5. Qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirəsi və qəbulu.
Qeyd edək ki, şirkətin yığılmış vergi borcu 16 noyabr tarixinə şirkətin vergi borcunun həcmi 29 min 954 manat təşkil edir.
Xatırladaq ki, “GƏNCƏ ŞƏRAB-1” ASC 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 730 min 524 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Mirməhəmməd Həmid oğludur. Şirkət Gəncə şəhəri, Zülfü Hacıyev, ev.56 hüquqi ünvanında yerləşir.













