“Qalf SS” MMC (VÖEN: 1301286321) və “Qalf Audit” MMC (VÖEN: 1301190011) ləğv olunduğunu elan edib.
Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma ilə əlaqədar kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 31, mənzil 32 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Qalf SS” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır. “Qalf Audit” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manatdır. Şirkətlərin qanuni təmsilçisi Əhmədzadə Nənəxanım Hidayət qızıdır.














