Azərbaycan bank sektorunda yeni prioritetlər və risklər müzakirə olunub.
Yeni qərarla Azərbaycanda istehlak kreditlərinin artım tempi yavaşlayacaq - BANKLAR ASSOSİASİYASI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
Görüş çərçivəsində cari ilin 9 ayı üzrə bank sektorunun fəaliyyət nəticələri, çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıdakı dövr üzrə sektor üçün mühüm əhəmiyyət daşıyan prioritetlər nəzərdən keçirilib. Bununla yanaşı, müzakirələrdə qlobal iqtisadi mühitdə baş verən dəyişikliklərin maliyyə sektoruna mümkün təsirləri və onların minimallaşdırılmasına yönəlik addımlar diqqət mərkəzində olub.
Görüşdə həmçinin qarşıdakı dövr üçün bank sektorunda risk əsaslı tənzimləmə və nəzarət sahəsində strateji təşəbbüslər, eləcə də sektorun gündəmində olan digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.




















