"Union Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru dəyişib.
FED.az xəbər verir ki, indiyə qədər BOKT-a rəhbərlik edən Pərviz Abbasquliyev vəzifəsini tərk edib və onu Nicat Həmidov əvəz edib.
Xatırladaq ki, "Union Kredit"i 2017-ci ilin sonuna yaxın rəqibi - "Finoko" ASC BOKT almış, bundan 1 il sonra isə onu başqa bir hüquqi şəxsə satmışdı.
"Renkinq"