İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Bank BTB" ASC-nin bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
"Bank BTB" BOKT-a çevrilir, aktivləri və öhdəlikləri ABB-yə ötürülür
FED.az xəbər verir ki, yeni BOKT Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə "Bank BTB"nin Maliyyə departamentinin direktoru Vüqar Səxavət oğlu Rəfiyevdir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu il martın 5-də qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkil edilməsinə qabaqcadan razılıq verilib.














