Məşhur amerikalı iş adamı İlon Maska məxsus olan X.com (keçmiş «Tvitter» - FED.az) sosial şəbəkəsi öz müştərilərinə bank xidmətləri göstərməyə başlayıb.
İlon Maskın sosial media tətbiqi X, iyulun 27-dən etibarən ABŞ-dakı «Premium» və «Premium+» səviyyəli abunəçilərə X Money bank xidmətini təklif etməyə başlayıb.
FED.az xatırladır ki, X.com-un bu xidməti əslində iyun ayının sonundan testi rejimində başlamışdı, indi isə, bir ay sonra artıq real bank xidmətlərinə start verilib.
«X Money» adlanan xidmət istifadəçilərə «X» tətbiqindən çıxmadan banka depozit qoymağa, dostlara pul köçürməyə, ödənişlər etməyə, pul köçürməyə və çekləri poçtla göndərməyə imkan verir.
«X Money» tətbiqinə yatırılan depozitlər Nyu-Cersi ştatında yerləşən kreditor olan Cross River Bank-da saxlanılır. Bu bank bir neçə başqa fintex şirkətlərinə də xidmət göstərir. Burada yatırılan depozitlər Federal Əmanət Sığorta Korporasiyası (FDIC) tərəfindən 250 000 dollara qədər sığortalanır.
«X Money» elan edib ki, bu sistem vasitəsilə yatırılan əmanətlərə illik faiz hesablanacaq 6% gəlir hesablanacaq. Bu rəqəm, ABŞ-ın ən rəqabətli yüksək gəlirli əmanət hesabları tərəfindən təklif olunan təxminən illik 4-5 faizdən və böyük banklardakı sıfıra yaxın faiz dərəcələrindən xeyli yüksəkdir.
«Cross River» bankı elan edib ki, bu ABŞ-da sosial şəbəkə üzərində qurulmuş ilk dövlət tərəfindən sığortalanmış bank platforması olacaq.
«X Money» tətbiqinin işə düşməsi nəticəsində indi o «PayPal»ın «Venmo», «Block»-un «Cash App» və «SoFi» kimi tanınmış ödəniş tətbiqləri ilə rəqabətə başlayacaq, amma X.com-un milyonlarla istifadəçi baza var və yeni tətbiq bundan istifadə edəcək.
«X Money» tətbiqinin işə düşməsi İlon Maskın bu sahədəki planının reallaşmasında bir pillədir. Mask bir neçə ildir kİ, «X» sosial şəbəkəsini Çinin «WeChat» sisteminə bənzəməsini istəyir.
Qeyd edək ki, «WeChat» Çində çox məşhurdur, daha dəqiqi bu ölkədə maliyyə məsələlərini «WeChat»sız təsəvvür etmək mümkün deyil.
Mesajlaşma ilə yanaşı, bu şəbəkə əhalinin alış-veriş və ödənişlər üçün vahid tətbiqidir və Çində istehlakçı xərclərinin əsasını təşkil edir.














