«Moody's Ratings» reytinq agentliyi (Moody's) Bosniya və Herseqovinanın yeni reytinqini və bu kontekstdə iqtisadi və siyasi vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, agentlik Bosniya və Herseqovinaya B3 uzunmüddətli emitent reytinqi verib.
Belə reytinqin səbəbi ölkədə islahatların zəif aparılması, buna mane olan çoxsaylı səbəblərdir.
Agertliyin açıqlamasından məlum olur ki, ölkədə institusional zəiflik, yəni dövlət qurumlarının fəaliyyəti, onlar arasınd əlaqə və koordinasiya problemi mövcuddur.
Əsas problemlərdən biri isə yüksək siyasi risklərdir. Ölkənin xarici borcu az olsa da, (bu müsbət məqamdır), sosial xərclər də daxil bəzi xərcləri qarşılamaq getdikcə çətinləşir. Bu da yüksək sosial risklər yaradır. Ölkədə siyasi və sosial risklər elə yüksəkdir ki, Bosniya və Hersoqovina Avropa Birliyinə daxil olmaq üçün danışıqlara başlama şərti kimi qoyulan islahatlar həyaat keçirə bilmir.
«Avropa İttifaqına üzvlük danışıqlarına rəsmi olaraq başlamaq üçün qalan bir neçə şərtdə irəliləyiş yoxdur»-deyə Moodys bildirir. İslahatların olmaması nəticəsində Avropa İttifaqı ölkəyə ayırmaq istədiyi təqribən 1 milyard avroluq yardımı da dayandırmalı olub.
Avropa İttifaqı xəbərdarlıq edib ki, islahatlar 2026-cı ilin sonuna qədər həyata keçirilməsə, Bosniya və Herseqovina «Qərbi Balkanlar üçün Böyümə Planı» çərçivəsində qalan 977 milyon avroluq ayırmasından əlavə 374 milyon avronu daimi itirmək riski ilə üzləşə bilər.
Amma hətta buna baxmayaraq ölkədə islahat aparmaq mümkün deyil, ona görə də hökumət və digər tərəflər daha dayanıqlı vəziyyətin yaranması üçün 2026-cı ilin oktyabrında keçiriləcək seçkiləri gözləyirlər. «Siyasi qeyri-sabitliyin 2026-cı ilin oktyabrında keçiriləcək növbəti ümumi seçkilərə qədər yüksək səviyyədə qalacağını gözləyirik»-deyə agentlik bildirir.
Agentliyin açıqlamasından məlum olur ki, ölkədəki siyasi risk elə səviyyədədir ki, Bosriya və Hersoqovinanın mövcudluğuna da təhlükə yarada bilər: «Yalnız beynəlxalq ictimaiyyətin ölkənin iqtisadi və siyasi sabitliyinə güclü sadiqliyi BH-nin suveren bütövlüyünə riskləri məhdudlaşdırmağa kömək edir»-deyə agentlik real vəziyyəti açıqlayır.
Yüksək siyasi gərginliklərə baxmayaraq, ölkədə iqtisadi artım var- iqtisadi fəaliyyət, özəl istehlak, pul köçürmələri və yumşaq maliyyə siyasəti artıma şərait yaradıb. Amma 2025-də iqtisadi artım zəifləyib. Belə ki, 2024-dəki 2,6% artımdan sonra 2025-də 2,1% artım olub. 2026-da isə artımın 2,2% olması gözlənilir.
Yaxın Şərqdəki münaqişə də Bosriya və Hersoqovinada inflyasiyaya təsir göstərib, amma bu çox böyük olmayıb. Səbəb odur ki, Bosriya və Hersoqovinanın enerji sistemi neft-qazdan deyil, su elektrik stansiyalarından və kömürdən asılıdır.
Hərçənd gələcəkdə bu vəziyyət də Bosriya və Hersoqovinanın vəziyyətinə mənfi təsir göstərəcək. Çünki Avropa yüksək karbonlu elektrik təchizatına qadağalar qoymağa hazırlaşır, bu qaydalar 2026-dan qüvvəyə minəcək.
«Moody's Ratings» reytinq agentliyi ölkədə büdcə kəsirinin də artacağını gözləyir. Buna səbəb sosial xərclərin artımı və qarşıdan seçkilərin gəlməsidir. Nəticədə 2025-də büdcə kəsiri ÜDM-in 2,4% olduğu halda, 2026-da 3,0%-ə qədər artacaq.
Bosniya və Herseqovinada iqtisadiyyat keçir, rəqəbat qabiliyyəti aşağı və yüksək işsizlik var. «Böyük və səmərəsiz dövlət sektoru isə rəqabətədavamlı özəl sektorun inkişafına mane olur»-deyə agentlik bildirir.
Bosniya və Herseqovinada mərkəzi bankın valyuta şurasının effektiv idarəçiliyi kimi müsbət tərəfə iqtisadi islahatların irəliləməsinə mane olan yarı-muxtar qurumlar arasında siyasi konsensusun olmaması mane olur. Agentlik bu vəziyyəti "caa1" reytinqi səviyyəsində qiymətləndirilir.
«Bosniya və Herseqovinanın maliyyə gücünün "a3" səviyyəsində olması hökumətin aşağı borc yükünü, eləcə də xarici valyutada ifadə olunan borcun əhəmiyyətli payını və maliyyə cəhətdən zəif dövlət müəssisələrindən yaranan şərti öhdəlik risklərini əks etdirir. Bosniya və Herseqovinanın "caa" səviyyəsində baş verən hadisə riskinə həssaslığı onun dəyişkən siyasi mühiti ilə müəyyən edilir» -açıqlamada bildirilir.















