İlboyu gərgin işin və yorğunluğun əvəzin çıxmaq yayda əksəriyyət bölgələrə üz tutur.
Bakıda aquaparklara giriş neçəyədir? - QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, yayda məzuniyyət günlərinin çox olması insanları daha uzaq bölgələrdə yerləşən rayonlara üz tutmağa sövq edir. Məzuniyyətdən istifadə etməyənlər isə daha qısa – şənbə və bazar günlərində istirahət etmək üçün yaxın rayonlara üz tuturlar. Bu rayonlar arasında Quba, Şamaxı, İsmayıllı kimi bölgələr xüsusi yer tutur.
Azərbaycanın təbii gözəllikləri ilə, dağ mənzərəsi ilə, həzin təbiəti ilə məşhur olan rayonların sayı çoxdur.
Amma istirahət seçiminə təkcə gözəl təbiət deyil, maddi imkan da təsir edir. Bir çox şəxslər istirahət edərkən daha aşağı büdcəli yerləri seçməyə üstünlük verirlər. Bölgələrdə belə yerlər kifayət qədərdir.
Bəs daha aşağı büdcə ilə hansı rayonlarda istirahət etmək mümkündür?
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə yay aylarında rayonlarda yerləşən aşağı büdcəli hotellərin qiymətini araşdırıb. Qiymətlər bir gecə üçün nəzərdə tutulub. Bundan əlavə həftəsonun olması, qeyri-iş günlərinə təsadüf etməsi qiymətləri dəyişə bilər, amma bununla belə bölgələrdəki bu otellərdə qiymətlər elə də yüksək olmur.
FED.az biznes və maliyyə xəbərləri portalı bölgələrdəki hotellərin bəzilərinin qiymətlərini təqdim edir:
Arena Hotel (Qax)
• 1 nəfərlik otaq: 65 manat
• 2 nəfərlik otaq: 70 manat
Qiymətə səhər yeməyi, hovuz və Spa xidmtərləri daxildir.
Bergs Otel (Qax):
• 1 otaqlı nömrə: 109 manat
• 2 otaqlı nömrə: 169 manat
• 3 otaqlı nömrə: 209 manat
Qiymətə səhər yeməyi daxildir
El Resort Hotel (Qax):
• 2-3 nəfərlik otaq: 158-188 manat
• 4 nəfərlik otaq: 178-373 manat
• 4 nəfərlik “Khan Suit” otaq: 553 manat
Qiymətlərə səhər yeməyi və Spa xidmətləri daxildir.
Qazax Olimpik Hotel (Qazax)
• Standart otaqların qiyməti 50 manatdır, otaqlarda bir böyük bir kiçik çarpayı var. 4 nəfərlik 2 mətrəbəli kotecin qiyməti 120 manat, 2 nəfərlik 1 bir mərtəbəli kotecin qiyməti 60 manatdır. Qiymətlərə səhər yeməyi daxildir. Bundan başqa, hovuzdan istifadə etmək üçün 5 manat əlavə ödəniş tələb olunur. Kompleksdə hər cür oyunlar- futbol, tenis, basketbol və s. oynamaq üçün şərait var.
Tulpan Hotel (Şəki):
• 2 nəfərlik otaq: 85 manat
• 3 nəfərlik otaq: 98 manat
Qiymətə səhər yeməyi daxildir.
Macara Sheki City Hotel (Şəki):
• 1 nəfərlik otaq: 110 manat
• 2 nəfərlik otaq: 135 manat
Qiymətə səhər yeməyi daxildir.
Old Town Sheki (Şəki)
• 1 nəfərlik otaq: 95 manat
• 2 nəfərlik otaq: 100 manat
Qiymətə səhər yeməyi daxildir.
Narınqala Hotel (Şəki)
• 1 nəfərlik otaq: 85 manat
• 2 nəfərlik otaq: 94 manat
Şərq Vadisi Hotel (Zaqatala)
• 1 nəfərlik otaq: 87 manat
• 2 nəfərlik otaq: 123 manat
Miramida Hotel (Zaqatala):
• 1 nəfərlik otaq: 36 manat
• 1 nəfərlik otaq: 40 manat
Qiymətə səhər yeməyi daxildir.
Arena Hotel (Balakən):
• 2 nəfərlik otaq: 75 manat
• 1 nəfərlik otaq: 50 manat
• 3 nəfərlik otaq: 90 manat
Qiymətə səhər yeməyi daxildir
Park Hotel (Quba)
• 1 nəfərlik otaq: 70 manat
• 2 nəfərlik ortaq: 90 manat
• 3 nəfərlik otaq: 120 manat
Cardinal Hotel (Quba)
• 2 nəfərlik yataq otağı: 95 manat
• 2 nəfərlik yataq otağı (tək çarpayı): 99 manat
• 3 nəfərlik otaq: 149 manat
• 3 nəfərlik Delux otaq: 153 manat
Qiymətə səhər yeməyi daxildir.
River Hotel (Quba)
• 1 nəfərlik otaq: 50 manat
• 2 nəfərlik otaq: 90 manat
Qiymətə səhər yeməyi daxildir.
HİQ Hotel Home (Qusar)
• İki yataqlı dağ mənzərəli otaq: 74 manat
• Üç nəfərlik otaq: 95 manat
• Dağ mənzərəli ailə otağı: 126 manat
Qiymətə səhər yeməyi daxildir.
Miva Hotel (Qusar)
• İki yataqlı dağ mənzərəli otaq: 60 manat
• 4 nəfərlik dağ mənzərəli otaq: 120 manat
Qiymətə səhər yeməyi daxildir.
İlk İnn Hotel (Qusar)
• Standart üç nəfərlik otaq: 188 manat
• Delux 2 nəfərlik otaq: 197 manat
• Delux King 2 nəfərlik otaq: 206 manat
• Suit yataq otaqları: 215-512 manat
Qiymətlərə səhər yeməyi daxildir.
Shirvan Grand Hotel (Şamaxı)
• 2 nəfərlik otaq: 162 manat
• 2 nəfərlik deluxe otaq: 185 manat
• Suit otaqlar: 239-738 manat
Qiymətlərə səhər yeməyi daxildir.
Forel Restaurant Motel (Şamaxı)
• 2 nəfərlik otaq: 70 manat
• Ailə otağı: 150 manat
Qiymətə səhər yeməyi daxildir.
Cənnət Bağı Resort (Şamaxı)
• 2 nəfərlik dağ mənzərəli otaq: 166 manat
• Dağ mənzərəli ailə otağı: 241 manat
Qiymətlərə səhər yeməyi daxildir.
Sadaxlı Hotel (Şamaxı)
Standart olaraq 140 manatdır. İki nəfərlik çarpayı və iki ədəd tək nəfərlik çarpayı daxildir. Səhər yeməyi də qiymətə daxildir.
Runaway House Talısatan (İsmayıllı)
• Kotteclər maksimum dörd nəfərlikdir. İki nəfər üçün qiymət 200 manatdan başlayır, erkən rezarvasiya ilə daha aşağı qiymətə almaq mümükündür. Qonaq sayı dörd nəfər olduğu halda qiymət 230 manat təşkil edir. Qiymətə yalnız gecələmə daxildir.
Mehsul Recreational Center (İsmayıllı)
• Tək yataq otaqlı villa: 120 manat
• 2 yataq otaqlı villa: 145 manat
• 3 yataq otaqlı villa: 240 manat
Qiymətlərə səhər yeməyi daxildir.
İsmayıllı Guest House (İsmayıllı)
• 1 nəfərlik otaq: 67 manat
• 2 nəfərlik otaq: 92 manat
• 4 nəfərlik otaq: 106 manat
Qiymətlərə səhər yeməyi daxildir.
Zəngəzur Harmony Wellness Resort (İsmayıllı)
• 2 nəfərlik otaq: 230 manat
• 3 nəfərlik otaq: 276 manat
Qiymətlərə səhər yeməyi daxildir.















