“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti PHŞ (VÖEN: 1300300711) tender elan edib.
Nazirliyin idarəsi eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi – ŞİRKƏT YALNIZ BU QURUMDAN TENDER UDUR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 3 milyon 323 min manat təşkil edir.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Yusif Hüseynov - Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini / [email protected] / +994 55 225 12 31















