Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 149,674 milyon manat sığorta haqqı toplanılıb.
Altı ayda 867 milyon manatdan çox sığorta haqqı yığılıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 79,679 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,6 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub. (report)
















