Ölkənin aparıcı qeyri-bank maliyyə qurumlarından olan «Legion Financial» ASC 2025-ci il üzrə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il «Legion Financial» böyüyüb, aktivləri və öhdəlikləri artıb, eyni zamanda şirkətin gəlirləri və xalis mənfəəti də yüksəlib.
Hesabata əsasən, 2025-ci ildə «Legion Financial»in faiz gəlirləri 1,7 milyon manat və ya 80% artaraq 4 milyon manata yaxınlaşıb. Şirkətin faiz xərcləri də 2,4 dəfə artaraq 2024-cü ildəki 735 min manata qarşı 1,8 milyon manata yüksəlib.
Nəticədə il üzrə xalis faiz gəliri 2,2 milyon manata yaxınlaşıb.
2025-ci ildə «Legion Financial»ın haqq və komissiya gəlirləri 100 min manatdan çox artaraq 270 min manata yüksəlib. Eyni zamanda şirkət 180 min manat yenidən qiymətləndirmə gəliri əldə edib.
Nəticədə il ərzində şirkətin ümumi qeyri-faiz gəlirləri 120 min manat artaraq 402 min manatdan 520 min manata yüksəlib.
2025-ci ildə «Legion Financial»ın sürətli böyüməsi özünü inzibati xərclərdə də göstərib. Belə ki, bu xərclər 3,5 dəfə artaraq 189 min manatdan 661 min manata yüksəlib. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 1 milyon 732 min manat olub. 371 min manat mənfəət vergisi ödənişindən sonra «Legion Financial»ın xalis mənfəəti 1 milyon 361 min manat olub.
Bu, 2024-cü illə müqayisədə 150 min manat və ya 12% artıqdır.
2025-ci ildə «Legion Financial» sürətlə böyüyüb, onun aktivləri 13,8 milyon manatdan 20,7 milyon manata çatıb. Aktivlərin böyük hissəsi – 13,3 milyon manat kredit portfelinin payına düşür. Əvvəlki illə müqayisədə kredit portfeli 3 milyon manatdan çox artıb.
Aktivlərdə digər böyük hissə investisiya mülkiyyətidir – 2025-ci ildə «Legion Financial»ın investisiya portfeli 1,4 milyon manat artaraq 2024-cü ildəki 2,2 milyon manatdan 2025-ci ildə 3,6 milyon manata yüksəlib.
Eyni zamanda 2025-ci ildə «Legion Financial» ilk dəfə olaraq faktorinq müqavilələri bağlamağa başlayıb, nəticədə bir il ərzində 2,5 milyon manatlıq faktorinq portfeli formalaşıb.
2025-ci ildə «Legion Financial»in öhdəlikləri 70%-ə yaxın artaraq 2024-cü ildəki 9 milyon manatdan 15 milyon manata yüksəlib. Öhdəliklərin yüksəlməsinin əsas səbəbi müddətli borc öhdəliklərinin artması olub.
Şirkətin kapitalı isə 2025-ci ildə daha 400 min manat artaraq ilin sonuna 3,9 milyon manata yüksəlib.









![«Legion Financial» sürətli böyüyüb - [red]MƏNFƏƏTİ ARTIB – HESABAT[/red] | FED.az](upload/news/small/2535653.jpg)
![«Legion Financial» sürətli böyüyüb - [red]MƏNFƏƏTİ ARTIB – HESABAT[/red] | FED.az](upload/news/small/3166420.png)
![«Legion Financial» sürətli böyüyüb - [red]MƏNFƏƏTİ ARTIB – HESABAT[/red] | FED.az](upload/news/small/2420604.png)
![«Legion Financial» sürətli böyüyüb - [red]MƏNFƏƏTİ ARTIB – HESABAT[/red] | FED.az](upload/news/small/4016398.png)
![«Legion Financial» sürətli böyüyüb - [red]MƏNFƏƏTİ ARTIB – HESABAT[/red] | FED.az](upload/news/small/2638594.png)









