"MJ Financial Services “ bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ilin ilk yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
"İnternational" BOKT QSC-nin kredit portfeli 32% artıb
FED.az xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında "MJ Financial Services BOKT“ 1 milyon 64 min manat xalis mənfəət əldə edib.
Bu dövrdə təşkilatın qeyri-faiz gəlirləri 2 milyon 221,6 min manata, qeyri-faiz xərcləri isə 751.2 min manata, fazi xərcləri isə 301 min manata bərabər olub. Beləliklə təşkilat 1 milyon 169 min manat əməliyyat mənfəəti əldə edib.
Təşkilatın kredit portfeli ilin əvvəli ilə müqayisədə 8.3% və ya 1 milyon 40 min manat azalaraq 11 milyon 427 min manat təşkil edib.
Eyni dövrdə təşkilatın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 14.4% və ya 1.9 milyon manat artaraq 15 milyon 127 min manata, cəmi öhdəlikləri isə 14.1% və ya 1.49 milyon manat artaraq 12 milyon 78 min manata yüksəlib.
2023-cü il iyul ayının 1-nə "MJ Financial Services BOKT“un cəmi kapitalı 3 milyon 49 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 15.4% və ya 406.3 min manat çoxdur.
Qeyd edək ki, 2019-cu ildə yaradılmış “MJ Financial Services BOKT” QSC-nin səhmdarları Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%). (Apa)