“PARA” Bank olmayan kredit təşkilatı 2017-ci ili 10 milyon 563 min manat zərər ilə başa vurub.
2016-cı illə müqayisədə “PARA”nın zərəri 17,6% artıb. Təşkilat 2016-cı ili 8 milyon 981 min manat zərər ilə bağlamışdı.
ELƏCƏ DƏ BAX: Əvvəl bank idi, indi istiqraz buraxır - İLLİK GƏLİR 14,5%
TƏŞKİLAT KİÇİLİB VƏ KAPİTALI “ƏRİYİB”
31 Dekabr 2017-ci il tarixində “Para” bank olmayan kredit təşkilatı 85 milyon 446 min manat cəmi aktivlərə, 64 milyon 548 min manat cəmi passivlərə və 20 milyon 880 min manat cəmi kapitala malik olub. Təşkilat 2016-cı ilin sonunda 126 milyon 582 min manat cəmi aktivlərə 94 milyon 530 min manat cəmi öhdəliklərə və 32 milyon 52 min manat cəmi kapitala malik idi. Ötən il təşkilatın kapitalı 11 milyon 172 min manat azalıb.
“Para” bank olmayan kredit təşkilatı 2015-ci ilin sonunda 170 milyon 627 min manat cəmi aktivlərə və 46 milyon 161 min manat cəmi kapitala malik idi.
5 MİLYON MANAT BORC ALIR
Zərər içində olmasına baxmayaraq "Para" BOKT borc almağa hazırlaşır.
Maliyyə Bazarlarına Nəzarət Palatası “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
Emissiya prospektinə əsasən, BOKT dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqraz buraxacaq.
ELƏCƏ DƏ BAX: BOKT-ların bazar payı azalır - RƏQƏMLƏR
Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14,5%-dir.
Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.