Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Optimal Finance" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Eləcə də bax: "Aqrarkredit" BOKT-un yaratdığı 9 şirkət - Ləğv Olunur
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 49-a çatıb.
Xatırladaq ki, “Optimal Finance" ötən ilin noyabr ayında yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, mənzil 134, nizamnamə kapitalı BOKT-lər üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Elçin Əhəd oğlu Əsgərlidir. (Report)