"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakları idarə etmək üçün 2017-ci ildə yaratdığı 9 şirkət ləğv olunduğunu elan edib.
Eləcə də bax: 30 milyonluq şirkət - Ləğv Olundu
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bunlar "Bakı Ayaqqabı", "Azərtütün", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları", "Azərşüşətara" MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində "Aqrarkredit"in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər. (Report)