Fevralın 8-də Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının satışı həyata keçiriləcək.
Birjadan FED.az-a verilən məlumata görə, istiqrazlar rəqabətli hərrac üsulu ilə satılacaq, yəni istəyən şəxs bu istiqrazlara ala bilər. İstiqrazların ümumi həcmi 1 milyon manatdır, ümumilikdə 1 ədədi 1000 manat olan 1000 ədəd istiqraz buraxılıb.
Xatırladaq ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 1 fevral 2024-cü il tarixli qərarı ilə BOKT "İnternational" ASC-nin AZ2012021021 İSİN kodlu 1 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Şərtlərə görə, BOKT-un istiqrazları illik 18% gəlirliliklə buraxılır, bu kifayət qədər yüksək rəqəmdir. Amma istiqrazın müddətinə baxanda gəlirliyin yüksək olmasının səbəbi aydınlaşır. Budəfəki istiqrazlar 60 aylığa, yəni 5 illiyə buraxılır, bu o deməkdir ki, istiqrazları alan şəxslər 5 il ərzində onun yalnız faizlərii (illik 18%) ala bilərlər.
İstiqrazları isə Birjanın təkrar bazarında satmaq olar, amma BOKT bu istiqrazlar üzrə geri alma zəmanəti verməyib, yəni marketmeykeri yoxdur. İstiqrazlarla bağlı məlumatda qeyd olunub ki, BOKT gələcəkdə istiqrazların təkrar bazarda alınması üçün market meyker cəlb edə bilər. Ona qədər isə istiqraz sahibləri onu vaxtından əvvəl pula çevirmək istəsələr istiqrazı təkrar bazarda satmağa cəhd edə bilərlər.
Xatırladaq ki, «BOKT İnternational»ın kreditləri yüksək faizlə - illik 36%-lə ayrılır. BOKT Həsənov Rifata məxsusdur – səhmlərin 100%-i onundur və 2023-cü ilin yarım ilini 1,8 milyon manat mənfəətlə başa vurub.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2012021021 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
1000 (ədəd) |
1,000 manat |
18% |
60 ay |
30 gündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, «BOKT İnternational»ın kreditləri yüksək faizlə - illik 36%-lə ayrılır. BOKT Rifat Həsənova məxsusdur – səhmlərin 100%-i onundur və 2023-cü ilin yarım ilini 1,8 milyon manat mənfəətlə başa vurub.