Azərbaycanda ən çox kredit portfelinə malik olan bank olmayan BOKT-lar (bank olmayan kredit təşkilatları) məlum olub.
Azərbaycanın ən böyük və ən kiçik BOKT-ları - SİYAHI - RENKİNQ (2022)
FED.az Renkinq xəbər verir ki, 2022-ci ilin nəticələrinə görə, ən böyük kredit portfeli «Aqrarkredit» QSC-dədir - 114 milyon 330 min manat. Siyahıda ikinci yeri «Finca Azerbaijan» şirkəti tutur - 44 milyon 875 min manat. «Embafinans» BOKT siyahıda 3-cüdür - 37 milyon 890 min manat.
«International BOKT» ASC kredit portfelinə görə ölkədə 4-cü yeri tutur - 24 milyon 602 min manat.
Siyahıda sonrakı yerləri «Finoko BOKT» (23 milyon 921 min manat), «City Finance BOKT» (23 milyon 720 min manat), «PSG Finans BOKT» (18 milyon 817 min manat), «M Bulak BOKT» (18 milyon 657 min manat) tutur.
Ölkədə ən çox kredit verən BOKT-ların siyahısında 9-cu yeri son bir ildə sürətli artıma nail olan «Fintrend BOKT» tutur - 18 milyon manat. İlk 10-luğu isə «MCB BOKT» QSC tamamlayır - 17 milyon 422 min manat.