Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir.
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini - QƏBUL EDİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.
Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.